Zok dili

Zok dili və ya Aqulis–MehriHind-Avropa ailəsinə aid dil və ya dialekt. Bu, bəzən Hind-Avropa ailəsinin müstəqil qolu olan erməni dilinin dialekti hesab edilir, lakin iki dil arasında o qədər fərqlilik var ki, zok dili ayrı bir dil kimi təsnif edilmişdir.[1][2] Onun danışanları onu "zokeren" də adlandırırlar. Zok digər erməni dialektlərindən əhəmiyyətli dərəcədə fərqlənir və onun mənşəyi haqqında miflərə səbəb olmuşdur. Ümumi inanclardan biri budur ki, zoklar yarı erməni, yarı yəhudi tacirlərdən formalaşmış bir icmadır, öz bizneslərini kənar şəxslərdən gizlətmək üçün gizli dil yaratmışdılar. Buna baxmayaraq, reallıqda zoklar Azərbaycandan, Naxçıvandan olan yerli erməni icmasıdır.[3][4]

  1. Vaux, Bert. Zok: The Armenian dialect of Agulis. 2007. səh. 2. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-11.
  2. "A Documentation of the Zok Language (otherwise known as the Armenian dialect of Agulis) | Endangered Languages Archive". www.elararchive.org. İstifadə tarixi: 2023-03-07.
  3. Strazny, Philipp. Encyclopedia of Linguistics (1). Taylor & Francis. səh. 85.
  4. Brown, Keith; Ogilvie, Sarah. Concise Encyclopedia of Languages of the World. Elsevier Science. 2010. səh. 68. ISBN 9780080877754.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search